"İnanıram onunla birgə bacaracağıq ki, istədiyimiz Juninyo hər oyunda olsun" - Qurban Qurbanov

"Qarabağ" Premyer Liqanın XXXIV turunda səfərdə "Zirə"ni 1:0 hesabı ilə məğlub edib.

Presssport.a xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransına görüş haqda danışmaqla başlayıb 

- Bu gün bərk komandaya qarşı oynayırdıq. Hansı ki, meydanda yaxşı mübarizə aparırdılar. Birəbir mübarizələri uduzmayan rəqibə qarşı oynadıq. Qələbə olsa da, asan deyildi. Futbolçularım çox əziyyət çəkdi. Tam öz oyunumuzu istədiyimiz kimi göstərə bilmədik. Futbolçular qələbə üçün xeyli güc sərf etdi. "Zirə"yə uğurlar arzulayıram.

- Juninyo "Bayer"lə oyundan sonra sanki o qədər də hərəkətli görünmür. Bunu təkliflərlə əlaqələndirirsiniz?

- Hərəkətində geriləmə var. Məşqçi olaraq bunu başa düşürəm. Həm dediyiniz fikirlər, həm də oyunlara motivasiya etmək asan deyil. Nə qədər futbolçuları motivasiya etsək də, onlar özləri də özlərini motivasiya etməyi bacarmalıdı. Görünür, tam istədiyim kimi alınmır. Bəlkə də, komandaya tam uyğunlaşmayıb. Bizim rejimdə, məşq proseslərində, hər oyuna yanaşmağımızda, ola bilər, tam dərk edə bilməyib. İnanın ki, hər şey yaxşılığa doğru gedir. Özü ilə də söhbətimiz olub. Gələn il daha yaxşı Juninyo görmək istəyirik. İnanıram onunla birgə bacaracağıq ki, istədiyimiz Juninyo hər oyunda olsun.

- Müqaviləsi bitən oyunçularla danışıqlar başlamısız?

- Vaxtımız var. Yüngül danışıqlara başlamışıq. Hər bir halda, mövsümün sonunda bilinəcək.

- Komandaya gətirmək istədiyiniz oyunçularla danışıqlar var?

- Danışıqlar var. Amma yekunlaşdırılan yoxdu.

- "Qarabağ" Kadi, Mahiri, Musanı geri qaytarır?

- Heç biri ilə hələ danışığımız yoxdur. 

- Avrokuboklar uğrunda 4 komanda mübarizə aparır. Sizcə, hansı daha şanslıdı?

- Hər birinin şansı eynidi. Maraqlı sonluq olacaq. Hər birinə uğurlar arzulayıram.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC