Ronaldo "qızıl"sız qaldı - Səudiyyə Ərəbistanında çempion Neymarın komandası oldu

Səudiyyə Ərəbistanı futbol çempionatında 2023/24 mövsümünün qalibi məlum olub.

Presssport.az xəbər verir ki, "Əl-Hilal" mövsümün bitməsinə üç tur qalmış çempionluğu rəsmiləşdirib.

Jorje Jezusun komandası XXXI turda doğma meydanda "Əl-Həzm"i 4:1 hesabı ilə məğlub etdikdən sonra xallarını 89-a yüksəldib. Bununla da zədəli braziliyalı hücumçu Neymarın formasını geyindiyi "mavilər" ən yaxın izləyicisi "Əl-Nəssr"i 12 xal qabaqlayıb. "Əl-Hilal" 19-cu dəfə ölkə çempionu titulunu qazanıb.

Xatırladaq ki, dünyanın ən yaxşı futbolçularından olan olan portuqaliyalı Kriştiano Ronaldo da bu ölkənin liqasında top qovaraq “Əl-Nəsr”in kapitanıdı. 
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC