"Göyəzən" finala köklənib: "Qələbə bizimlə olar, inşallah, penaltilərə qalmarıq, amma ona da hazırlaşmışıq"

“Komandamızda son durum əladı, əhval-ruhiyyə çox gözəldi. Finala çıxmağa köklənmişik”.

Bu fikirləri Presssport.az-a açıqlamasında Region Liqası təmsilçisi “Göyəzən”in məşqçisi Süleyman Məmmədov deyib.

AFFA-nın keçirdiyi bu turnirdə “Dördlər finalı”na vəsiqə qazanan Qazax təmsilçisi saat 18:00-da “ASK Arena”da Xaçmaz "Şimal"ıyla görüşəcək. 

Məmmədov heyətdə 2 itkinin olduğunu söyləyib: “Bunlar müdafiə xəttimizlə bağlıdı. Məhəmməd Babayev pley-offa bizə kömək edə bilmədi. Hələ də ayağından müalicə olunan bu müdafiəçimiz mövsüüm erkən başa vurmalı olub. Digər stopperimiz Eldost Qiyasbəylidə isə çiynində problem var. Bəlkə növbəti matçda oynayar. İnşallah, bu itkilər öz sözünü deməz. Təcrübəli futbolçularımız, o cümlədən pley-offa sifariş etdiyimiz, Premyer Liqa təcrübəsi böyük olan Hafiz Əliyevi də Bakıya gətirmişik”.

Məşqçi rəqibi belə dəyərləndirib: “Oyunlarını izləmişik. Yaxşı, əzmkar komandadı. Onlarda da təcrübəli futboçular var. Keçən mövsüm “Qusar”la Region Liqası çempion olan bir neçə oyunçusu var. Baş məşqçisi Tural Cəlilov da onlardan biridi. Bizim komandada da uşaqların çoxu təcrübəlidi, I Divizion görmüş, oynamışlardı. Hafizlə yanaşı, Arzuman Vəliyev, Tural Əliyev belə futbolçulardandı. Yaxşı hazırlamışıq, yaxşı dincəlmişik. İnşallah, yekunda qələbə tərəfdə olar. Düzdür, axırıncı oyunumuzdan sonra iki həffə pauza olub. Komandamız hər həfə oynayanda adətən daha yaxşı formada olur, futbolçular formaya düşürlər. Lakin məlumdu kİ. həvəskarların yarışında oynayanlar hərəsi bir yerdə işləyir və ancaq oyunlara gələ, yığışa bilirik".

Məlumdu ki, Region Liqasında qalan 4 matç sintetik örtüklü meydançada keçiriləcək. Məmmədov bu amilə də toxunub: “Həftəiçi Qazaxda məşq edə bildik. Dünən axşam Bakıya gəlmişik. Süni meydança bizə elə də problem yaratmamalıdı. Ola bilər ki, oyun uzatmaya getsə, təsir edər, yorğunluq yaranar. Bzim meydança təbii otdu, oynadığımız qazonlar arasında sintetiki də olub. Lakin pley-off matçlarının hamısı təbii ot örtüyündə oynamışıq. İnşallah, oyunsonrası penaltilər seriyasına qalmarıq. Əlbəttə ki, ona da, ümumiyyətlə, hər şeyə hazırlaşmışıq”.

 

 

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC