Milli komandamız Avropa rekordunu təkrarlayıb

Kişi boksçulardan ibarət Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarına 4-cü lisenziyanı  Malik Həsənovla qazanıb.

Presssport.az xəbər verir ki, 63,5 kq çəkidə mübarizə aparan idmançımız multiidman yarışına vəsiqəni Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat Turnirində əldə edib. Malik Paris-2024 lisenziyasını daha öncə qazanan Nicat Hüseynov (51 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayevə (+92 kq) qoşulub.

Bununla da Azərbaycan yığması Fransa paytaxtına ən çox lisenziya qazanan Avropa ölkəsi adına şərik olub. Ölkəmizdən başqa, hələlik meydan sahibləri və İspaniya kişilərin mübarizəsində 4 çəki ilə təmsil olunmaq hüququ qazanıblar. Rekorda sahib 3 ölkənin ən yaxın izləyiciləri İtaliya, Türkiyə və İrlandiyanın hesabında 3 vəsiqə var.

Onu da bildirək ki, Azərbaycan millisi Parisdə 7 çəki dərəcəsindən altısında təmsil şansını da saxlayır. Yığmamızın daha iki üzvü Tailanddakı çıxışını davam etdirir. Boksçularımızdan Şamil Əsgərov (57 kq) və Alfonso Dominqes (92 kq) “4-lüy”ə qoşula bilər.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Bugün

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC