Şahin Bağırov Daşkəsən rayonunda yeniyetmə voleybolçularla görüşüb

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Daşkəsən rayonunda yeniyetmə voleybolçularla görüşüb.

Presssport.az xəbər verir ki, federasiya rəhbəri Gəncə RVK-nın Daşkəsən rayonundakı voleybol bölməsinin yeniyetmə idmançıları və məşqçilərilə görüşüb.

Daşkəsən rayon 2 nömrəli tam orta məktəbin idman zalında baş tutan görüşdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Gəncə RVK-nın rəhbəri Şamil Həsənli və regional voleybol klubun direktoru Sərxan Məmmədov da iştirak edib.

Görüşdə qonaqlara Gəncə RVK-nın Daşkəsən bölməsində görülən işlər, idmançı və məşqçilər üçün yaradılan şərait barədə ətraflı məlumat verilib.

Çıxış edən Bağırov AVF-nin ölkəmizdə voleybolun kütləviliyinin artırılması və inkişafı istiqamətində gördüyü işlərdən danışıb, gənc idmançılara tövsiyələrini verib və onlara uğurlar arzulayıb.

Sonda Bağırov və Abbasova Gəncə RVK-nın simvolik forması təqdim edilib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC