"Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsinin qalibləri bəlli olub

Bakıda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələr arasında “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsinin qalibləri bəlli olub.

Presssport.az xəbər verir ki, Bakıda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələr arasında “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsinə start verilib. 

Yarışın açılış mərasimində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov turnir iştirakçılarına uğurlar arzulayıb və yarışı açıq elan edib.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyasının birgə əməkdaşlığı ilə Bakı Su İdmanı Sarayında iki gün davam edən turnirdə Azərbaycan, Türkiyə, Qazaxıstan və Şimali Kipr Türk Respublikalarının komandalarının 15 müxtəlif yaş kateqoriyası üzrə (9 yaşdan aşağı, 9-10 yaş, 11-12 yaş, 13-14 yaş, 15-16 yaş, 17-19 yaş, 20-24 yaş, 25-29 yaş, 30-34 yaş, 35-39 yaş, 40-44 yaş, 45-49 yaş, 50-54 yaş, 55-59 yaş və 60 yaşdan yuxarı) iştirakçıları mübarizə aparıb. 

Azərbaycan Üzgüçülük Fderasiyasının mətbuat xidmətindən saytımıza verilən məlumata görə ilk günün nəticələrinə görə 30-34 yaş kateqoriyasında qadınlar arasında Kaba Yurdanur 1-ci, Tubu Əbdülzadə 2-ci yerə layiq görülüb. Kişilər arasında Bugra Karahan 1-ci olub. Darya Özkök yarışı 2-ci, Kemal İsmaloğlu 3-cü pillədə başa vurub. 

35-39 yaşlı qadınlar arasında Sanem Tanlı fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Duyğu Gizem Çelikçeken 2-ci, Tububa Aktaş və Gül Yaman 3-cü yerə layiq görülüb

Kişilər arasında Yahya Vural Kaya, Emil İbrahimov və Elçin Bəkirov fərqlənib. 

40-44 yaşlı qadınlar arasında Nataliya Mordasova, Günay Hacıyeva, Olqa Maynitskaya fərqlənib. Kişilər arasında Ramil Məmmədov və Mehdi Qafarov 1-ci yeri tutub. 50-54 yaşlı qadınlar arasında Alyona Süleymanova 1-ci olub. Kişilər arasında Bora Babaoğlu yarışı 1-ci pillədə başa vurub. Rüfət Ələmdarov və İlqar İsmaylov ilk “3-lüy”ü tamamlayıb. 55-59 yaşlı qadınlar arasında Eser Ayşe Öncer 1-ci olub. Kişilər arasında Azər Babayev və Nazim Məmmədov müvafiq olaraq 1-ci və 2-ci yerə layiq görülüb. 

60 yaşdan yuxarı qadınlar arasında Alyona Tumçenko və Nesrin Arslan fərqlənib. Kişilər arasında Pyotr Kuvşinov, Mehmet Yucebilgic, Elşən Məmmədov ilk “3-lük”də qərarlaşıb.

Yarışların 2-ci günündə isə yaşı 9 dan 29 –a olan üzgüçülər güclərini sınayıb. Gərgin mübarizə şəraitində keçən yarışlarda 9-10 yaşlı qızlar arasında Nərmin Ramazanova 1-ci, Veranika Navatojina 2-ci, Nilufər Həmidzadə isə 3-cü yerə layiq görülüb. O yaş qrupunda oğlanların mübarizəsində isə Taylan Özgür Uzun 1-ci, Abbas İbarimov 2-ci, Yusif İsmayılov isə 3-cü yerə layiq görülüb.

11-12 yaş qruplarında oğlanlar arasında Tunc Uçan, qızlar arasında isə Emine Doğa Aktaş qızıl medallara layiq görülüblər.

13-14 yaş qrupunda isə qızalr arasında Slepenko Aleksandra, oğlanlar arasında isə Selcuk Belker Ertürk qalib olaraq 1-ci pillədə yer alıb.

15-16 yaş kateqoriasında oğlanlar arasında Timur Beker, qadınlar arasında Melisa Şahin, 17-19 yaşlarda qadınlar arasında Sudenas Çakmak, kişilər arasında Yığıt Kıvrık, 20-24 yaşlılarda qadınlar arasında Alina Kostenka, kişilər arasında isə Doğunan Demir qızıl medalları qazanıb. 25-29 yaş kateqoriyalarında qadınlar arasında Hürü Əlicanova, kişlər arasında Buğra Buba 1-ci pillədə yer alıb. 

Qaliblərin mükafatlandırılması mərasimində Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, müavini Mariana Vasileva, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Xanlar Fətiyev, Şimali Kipr Türk Respublikasının Üzgüçülük Federasiyasının prezidenti Mustafa Abitoğlu, Şimali Kipr Türk Respublikasının “İdman hamı üçün” federasiyasının prezidenti Selim Topel Koçak və Türkiyə Respublikasından nümayəndə qismində Hakan Bebek, Ceyda Şimşek, Nail Polat iştirak edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Bugün

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC