Millimiz ilk qələbəsini Türkiyə üzərində qazandı

Qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Presssport.az xəbər verir ki  Siyasət Əsgərovun komandası B Liqasının I qrupunda Türkiyə yığmasını qəbul edib.

Mərdəkandakı qarşılaşma millimizi  1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 89-cu dəqiqədə Nigar Mirzəyeva rəqib qapısından keçirib.

Azərbaycan millisi bu qələbə sayəsində qrupda xallarının sayını 4-ə yüksəldib.

Xatırladaq ki, komandamız mayın 31-də "ay-ulduzlar"a səfərdə 0:1 hesabı ilə məğlub olmuşdu.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Bugün

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC