"Bakı"nın sabiq baş məşqçisi yenidən Azərbaycana qayıtdı - bu dəfə II Liqaya

Yeni mövsüm hazırlıqlarını davam etdirən II Liqa təmsilçisi "Füzuli"nin yeni baş məşqçisi müəyyənləşib. 

Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, türkiyəli mütəxəssis İbrahim Uzunca bundan sonra əyalət klubunun uğurları üçün çalışacaq.

UEFA PRO kateqoriyalı 62 yaşlı məşqçi ilə 3 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Uzunca daha əvvəl ölkəmizdə işləyib. 2011-ci ildən Uzunca fasilələrlə "Lokomotiv Biləcəri", "Bakı", "Şahdağ" (Quba) və “Xan Lənkəran”ın baş məşqçisi olub. Türkiyədə isə o, "Adana Demirspor", "Kayseri Erciyesspor", "Pozantı Genclik", "Kadirli Demir" və “Osmaniyespor”u çalışıdırıb.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC