“Xorvatiya millisinin AVRO-2024 üçün şansları böyükdü”
Presssport.az xəbər verir ki, bunu Azərbaycan millisinin və Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun futbolçusu Mahir Emreli deyib.
Hücumçu Almaniyada keçirilən Avropa çempionatında favorit hesab etdiyi və azarkeşi olduğu yığma barədə danışıb: "Düşünürəm ki, Xorvatiya millisinin AVRO-2024 üçün şansları böyükdür. Çox yaxşı komandaları var. Favorit hesab etdiyim yığma hər zaman Almaniya olub. Bu turnirdə onlara azarkeşlik edəcəyəm. Ümumi götürsək, turnirin favoriti ola biləcək yığmalar çoxdur. İngiltərə və Fransa komandalarından uğur gözləmək olar. Çoxları Belçika milisinin adını çəkmir, amma mənim üçün onlar da favorit hesab olunur. Təbii ki, qardaş ölkə Türkiyənin oyunlarını da diqqətdən qaçırmayacağam".
Qeyd edək ki, AVRO-2024-ün oyunları çərçivəsində bu gün Macarıstan - İsveçrə (17:00), İspaniya - Xorvatiya (20:00) və İtaliya - Albaniya (23:00) görüşləri keçiriləcək.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC