"Musayla bağlı “Qarabağ”la bu məsələdə yaxşı dialoqumuz olub” - "Yurqorden"in idman direktoru

İsveçin "Yurqorden" klubunun idman direktoru Bosse Andersson azərbaycanlı sabiq futbolçusu Musa Qurbanlının keçirdiyi vaxtdan danışıb.

Presssport.az xəbər verir ki, klub rəsmisi 22 yaşlı hücumçunun "Qarabağ"a keçməsinə də münasibət bildirib: “Musa Azərbaycan milli komandası üçün gənc və perspektivli futbolçudu. Onun karyerasının bu mərhələsində oyun vaxtı vacibdi. Musa bizimlə çətin yaz mövsümü keçirdi - oyun vaxtı məhdud idi. Bu, futboldu və bəzən dalana dirənirik. Bu həll hər iki tərəf üçün ən yaxşısıdı. İndi Musa özünü yaxşı bildiyi, statusunun və ona inamının yüksək olduğu bir mühitdə tapacaq. “Qarabağ”la bu məsələdə yaxşı dialoqumuz olub”.

Anderssonun fikrincə,  Qurbanlı Stokholda olduğu müddətdə ən peşəkar şəkildə hərəkət edib: "O, daha yaxşı olmaq üçün çox çalışan və hələ də ambisiyaları olan futbolçudu. Musaya gələcək karyerasında uğurlar arzulayıram”.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC