Sloveniyanın Podçetrtek şəhərində keçirilən cüdo üzrə böyüklər arasında Avropa Kuboku turnirində Azərbaycan idmançıları 2 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edib.
Azərbaycan Cüdo Federasiyasından Presssport.az-a verilən məlumata görə, turnirin ilk günündə kişilər arasında 3 çəkidə 9 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.
Rövşən Əliyev (60 kq), Rəşad Yelkiyev (66 kq) qızıl, Kamran Süleymanov (73 kq ) gümüş, Nazir Talıbov (66 kq) və Nəriman Mirzəyev (73 kq) qızıl medal qazanıb.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC