Bakıda keçirilən çövkən üzrə dünya çempionatının bağlanış mərasimi keçirilib.
Presssport.az xəbər verir ki, bağlanış mərasimində əvvəlcə şou kompozisiya nümayiş etdirilib.
Daha sonra Dövlət Sərhəd Xidmətinin orkestr qrupunun müşaiyəti fonunda müxtəlif musiqilər səsləndirilib. İfaçılar arasında tanınmış müğənni, Dövlət Sərhəd Xidmətinin kapitanı Elnarə Xəlilova olub.
Xatırladaq ki, iyunun 10-da başlayan dünya çempionatında bu gün 3-cü yer uğrunda Özbəkistan - Nigeriya oynu və Azərbaycan - Mərakeş final matçıyla yekun vurulacaq
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC