Nigeriya millisi Bakıda ilk dəfə keçirilən çövkən üzrə dünya çempionatında 3-cü olub.
Presssport.az verir ki, Binə Atçılıq Mərkəzində baş tutan görüşdə Afrika təmsilçisi Özbəkistanla qarşılaşıb.
İlk 30 dəqiqəsi 1:1 hesabı ilə bitən matça 8 dəqiqəlik hissə əlavə olunub. Burda da qalib müəyyənləşmədiyindən penaltilər seriyasına ehtiyac duyulub
Nigeriyalılar bu zərbələr zamanş rəqibini 2:0 hesabı ilə üstələyərək dünya çempionatının bürünc medalçısı olub.
Xatırladaq ki, iyunun 10-da startı verilə dünya çempionatının finalında Azərbaycanıla Mərakeş yığmaları görüşəcək.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC