Tuncay Şanlı millimizin futbolçusunun baş məşqçisi oldu

Millimizin futbolçusu Coşqun Diniyevin formasını geyindiyi "Ümraniyespor"un yeni baş məşqçisi müəyyənləşib.

Presssport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Komanda Türkiyə millisinin sabiq oyunçusu Tuncay Şanlıya tapşırılıb. 42 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb. 

Şanlının son klubu "Sakaryaspor" olub. O, bu il komandadan ayrılıb.

Xatırladaq ki, "Ümraniyespor" I Liqada son mövsümü 11-ci sırada başa vurub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC