Cüdoçularımız Avropa Kubokunda 1-ci yeri tutub

Azərbaycan cüdoçuları Sloveniyanın Podçetrtek şəhərində keçirilən böyüklər arasında Avropa Kubokunda medal əyarına görə ilk sırada yer alıb.

Presssport.az xəbər verir ki, milli komanda iki günün nəticəsinə əsasən 4 qızıl, 1 gümüş və 3 bürünc mükafat qazanaraq ümumi hesabda və kişilər arasında 1-ci yeri tutub.

Yarışın 2-ci günündə Məhərrəm İmamverdiyev (81 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

İmran Yusifov qızıl, Camal Feyziyev (hər ikisi +100 kq) bürünc medal əldə edib.

Ruslan Nəsirli (100 kq) yarışı 7-ci yerdə tamamlayıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC