Güləşçilərimiz "BRICS Sports Games Kazan 2024"də 6 medal qazanıb

Azərbaycan güləşçiləri Tatarıstanın paytaxtı Kazanda keçirilən "BRICS Sports Games Kazan 2024" beynəlxalq multi-idman oyunlarında bu gün 6 medal qazanıb.

Presssport.az xəbər verir ki, sərbəst güləşçilərimizdən Hacımurad Maqomedsəyidov (97 kq) qızıl, Şamil Zubairov (92 kq), Murad Haqverdiyev (65 kq), Orxan Abasov (79 kq) gümüş, Ceyhun Allahverdiyev (61 kq) və Cəbrayıl Qadjiyev (74 kq) bürünc medal əldə edib.

Bununla da Azərbaycan idmançılarının oyunlarda qazandığı medalların sayı 9-a (2 qızıl, 3 gümüş və 4 bürünc) çatıb.

Xatırladaq ki, iyunun 11-də start götürən yarışda karateçimiz Mədinə Sadıqova (55 kq) bütün rəqiblərinə qalib gələrək yarışın qalibi olub. Avarçəkənimiz Bəhmən Nəsiri və samboçumuz Rəsul Aydəmirov (98 kq) isə bürünc medala sahib olub.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC