Millimiz üçün son 1 ayda 1 məğlubiyyət, 1 qələbə və 1 pillə irəliləyiş

FİFA milli komandaların yeni dünya reytinqini açıqlayıb.

Presssport.az xəbər verir ki, 1179.88 xala malik olan Azərbaycan millisi son reytinqlə müqayisədə 1 pillə irəliləyib. 

Belə ki, yığmamız 111-ci sıradadı.

Reytinq cədvəlinə 1860.14 xalla son dünya çempionu Argentina millisi liderlik edir.

Xatırladaq ki, millimiz bu ay iki yoxlama oyunu keçirib. Komanda Qazaxıstana 3:2 hesabı ilə qalib gəlib, Almaniyaya 1:3 hesabı ilə uduzub.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC