"Neftçi"yə gəldiyi kluba qayıtdı

"Neftçi" ilə müqaviləsi başa çatan Reziuan Mirzovun yeni klubu məlum olub.

Presssport.az xəbər verir ki, rusiyalı cinah yarımmüdafiəçisi karyerasını yenidən öz ölkəsində davam etdirəcək. 

Belə ki, 30 yaşlı futbolçu Rusiya Premyer Liqasına qayıdan "Ximki" ilə anlaşıb. 

Rezuan Moskvaətrafı təmsilçisində artıq tibbi müayinədən keçib. Onunla rəsmi müqavilə imzalanacaq.

Xatırladaq ki, Mirzov 2023/2024 mövsümündə "Neftçi"də çıxış edərək, 25 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, "ağ-qaralar"a keçənədək 2020-ci ildən məhz “Ximki”də çıxış edib. 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC