“Dinamo” Berdıyevlə vidalaşdı: “Yeni klubunuzda sizə uğurlar arzulayırıq”

Mahaçqalanın “Dinamo” klubu buna qədər klubda prezidentin müşaviri postunu tutan Kurban Berdıyevlə vidalaşıb. 

Presssport.az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı açıqlamada “Turan Tovuz”un baş məşqçisi təyin olunan 71 yaşlı mütəxəssisə yeni iş yerində uğurlar arzulanıb: “Sizə böyük təşəkkürümüzü bildiririk, Kurban Bekieviç! “Dinamo”ya tarixində ilk dəfə elit diviziona yüksəlməkdə kömək oldunuz. Bizim oyunçuları inkişaf etdirdiniz, onlara çox şey öyrətdiniz. Əks halda uğur qazanmaq mümkün deyildi. Ayrıca respublikanın uşaq-gənclər futbolunun inkişafında gördüyünüz işlər üçün sizə minnətdarıq. Yeni klubunuzda sizə uğurlar arzulayırıq”. Xatırladaq ki, Berdıyev dünən “Turan Tovuz”la 2+1 illik müqavilə imzalayıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC