"Sumqayıt" haqda hələ dərin məlumatlara sahib deyilik" - macar futbolçu

Macarıstanın "Fehervar" klubunun futbolçusu Çaba Şpandler Konfrans Liqasının II təsnifat mərhələsində düşdükləri “Sumqayıt" haqda danışıb.

Presssport.az xəbər verir ki, 28 yaşlı macar müdafiəçisi rəqib də tam məlumatlarının olduğunu gizlətməyib: "Konfrans Liqasının püşkatma mərasiminə baxdıq və qarşımızda nə qədər uzun yol olduğundan danışdıq. Komanda şəklində oynasaq, ötən mövsüm olduğu kimi çıxış etsək, daha böyük uğurlar qazana bilərik. “Sumqayıt” haqda hələ dərin məlumatlara sahib deyilik. Rəqibi təhlil etməmişik, amma vaxtımız var".

Xatırladaq ki, “Sumqayıt” iyulun 25-də keçiriləcək ilk matçda meydan sahibi olacaq. 
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC