"Hesabı bərabərləşdirməklə stadionu oyatdıq" - Naqelsmann

“İsveçrə yığması güclü rəqibdi. Onlarla oynamaq narahat idi, çox aqressiv oynayırdılar. Uzun müddət yaxşı müdafiə olunduq və qapımıza vurulan qoldan sonra çoxlu risk etdik. Hesabı bərabərləşdirməklə stadionu oyatdıq”.

Presssport.az  xəbər verir ki, bunu Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann Macarıstan yığması ilə 1:1 hesabıyla nəticlənən AVRO-2024-ün qrup mərhələsinin III turunun oyunundan sonra mətbuat konfransında deyib.

36 yaşlı almaniyalı mütəxəssis heç-heçəni layiqli nəticə sayaraq, A qrupunu 1-ci sırada başa vurduqlarına görə sevincli olduğunu da söyləyib: “Heç-heçə etsək də, qrupu lider olaraq tamamladıq, bu, sevindiricidi. Oyunda geridönüş yaradaraq 1 xal qazandığımız üçün xoşbəxtəm. Buna layiq idik. Start heyətini müəyyənləşdirmək üçün rəqib komandanı əvvəlcə təhlil edirik”.

Naqelsmann hücumçusu Niklas Fullkruqun növbəti dəfə ehtiyatdan oyuna daxil olaraq qol vurmasının əla olduğunu vurğulayıb: “Füllkruq yenə yaxşı qol vurdu. O, bizim üçün önəmlidi. Sevinirik ki, ehtiyat oyunçular skamyasından meydana buraxa biləcəyimiz elə bir futbolçumuz var. Əvəzedicilərdə həlledici qollar vura bilən oyunçuların olması vacibdi. Başlanğıc heyəti seçmək üçün rəqibi təhlil edirik və sonra ehtiyat oyunçular skamyasından müxtəlif oyunçular matça cəlb edə bilərik”. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC