AVRO-2024: 1/8 finalın ilk cütlüyü bəlli oldu

B qrupunda mübarizənin başa çatmasından sonra AVRO-2024-də 1/8 finalın ilk cütlüyü bəlli olub.

Presssport.az xəbər verir ki, B qrupunu 2-ci pillədə başa vuran İtaliya millisi pley-offda A qrupunun 2-cisi olan İsveçrə yığmaısyla görüşəcək. 

Bu, 1/8 finalın ilk oyunu olacaq. İyunun 29-da keçiriləcək İsveçrə - İtaliya matçı Berlin Olimpiya Stadionunda Bakı vaxtı ilə 20:00-da start götürəcək. 

Xatırladaq ki, turnirdə indiyədək bu 2 yığmayla yanaşı, İspaniya, Almaniya və Portuqaliya milliləri qrup qalibi kimi 1/8 finala vəsiqəni rəsmiləşdirsələr də, hələlik onların rəqibləri qeyri-müəyyəndir. Almaniya 1/8 finalda C qrupunun 2-cisi ilə üz-üzə gələcək. İspaniya və Portuqaliyanın rəqibi isə qrup 3-cülərindən olacaq. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC