Azərbaycanlı funksioner Paris-2024-ün Təşkilat Komitəsində fəaliyyət göstərəcək

Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibinin müavini Kamran Talıbov Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının yerli Təşkilat Komitəsində fəaliyyət göstərəcək.

Presssport.az xəbər verir ki, ACF rəsmisi bu barədə “Facebook”dakı şəxsi hesabında məlumat verib.

Talıbov qarşıdakı iki ay ərzində voleybol, həndbol, ağırlıqqaldırma və stolüstü tennis yarışlarında əməliyyatların idarə olunmasına dəstək göstərəcəyini diqqətə çatdırıb.

Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC