Avropa Liqasının I təsnifat mərhələsində “Zirə”nin rəqibi olan “Şerif” növbəti transferi reallaşdırıb.
Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Tiraspol klubu Sid Ahmed Ayssaui ilə anlaşıb.
19 yaşlı əlcəzairli yarımmüdafiəçi son olaraq Rusiyanın MOİK klubunda oynayıb. Gənc futbolçu“Zirə” ilə oyunlar üçün sifariş olunacaq.
Xatırladaq ki, “Zirə” və “Şerif” arasındakı matçlar iyulun 11-i və 18-də baş tutacaq.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC