Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik AVRO-2024-ün qrup mərhələsinin III turunda Niderland yığmasına 3:2 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.
Presssport.az xəbər verir ki, almaniyalı mütəxəssisin fikrincə, UEFA əmsalı ilə müqayisə etsək, çətin olan qrupda birinci olmaq inanılmazdı: “Turnirə Fransa ilə oyunda uğursuz avtoqolla başladıq, Polşanı məğlub etmək üçün üzərimizə qoyulan bütün təzyiqlərin öhdəsindən gəldik. Sonra qrup qalibi olduq. Bu, xüsusi bir andı. Məncə, sonda qələbəyə layiq idik”.
Baş məşqçi futbolçularından razı qaldığını da vuğrulayıb: "Ümumilikdə qalib gəlmək üçün daha böyük iradəmiz və meydanda həddindən artıq enerji sərfiyyatımız var idi ki, bunu matçın hər mərhələsində hiss edə bilərdiniz. Buraxdığımız qollara əyilmədiyimizə, oyun üslubumuza sadiq qaldığımıza görə futbolçularıma təşəkkür edirəm".
Xatırladaq ki, Avstriya yığması D qrupunu 6 xalla 1-ci yerdə başa vurub.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC