“Heç məyus deyiləm. Əlbəttə, qrupda 1-ci yeri tutmaq istəyirdik, məqsəd bu idi. Lakin buna nail olmaq üçün qalib gəlməliydik. Madam ki, qalib gəlməmişik, bu o deməkdi ki, bunu qəbul etməliyik".
Presssport.az xəbər verir ki, bu sözləri Fransa millisinin baş məşqçisi Didye Deşam AVRO-2024-ün qrup mərhələsinin III turunda Polşa yığması ilə oyundan (1:1) sonra deyib.
Təcrübəli fransalı mütəxəssis qrupda son matçda qələbə qazana bilməmələrini rəqib qapıçı Lukas Skorupskinin əla oynamasıyla əlaqələndirərək onu tərifləyib: "O, çox seyv etdi. Qapıçını qiymətləndirmək lazımdı. Şanslarınız ola bilər, amma həmişə qol vura bilməzsiniz. İstədiyimiz yerə çatmasaq da, ilk məqsədimizə nail olduq. Buna görə peşmanlığınız varmı? Fransa Polşa millisinin qapıçısının bir neçə yaxşı seyvlərinə baxmayaraq, daha yaxşı nəticə göstərə bilərdi”
Xatırladaq ki, Fransa millisi D qrupunda 5 xalla 2-ci yeri tutaraq pley-offa yüksəlib.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC