AVRO-2024: Ronaldodan həm rekord, həm də antirekord

AVRO-2024-ün III turu çərçivəsində Portuqaliya millisinin kapitanı Gürcüstan yığmasıyla start heyətində yer almaqla Avropa çempionatlarında 28-ci oyununa çıxıb.

Presssport.az xəbər verir ki, ulduz futbolçunun hesabında dünya çempionatlarında da 22 görüş var.

Bununla da 39 yaşlı Ronaldo böyük turnirlərdə - dünya və Avropa çempionatlarında 50 matçda meydana çıxmış ilk futbolçu kimi tarixə düşüb.

Kriştiano eyni zamanda antirekorda imza atıb. Belə ki, o, ilk dəfə qrup mərhələsində qol vura bilməyib.

Onu da bildirək ki, gürcülərlə görüşdə hakimin penalti təyin etməməsindən narazı qalan Ronaldo etirazına görə görüşün 22-ci dəqiqəsində sarı vərəqə ilə cəzalanıb. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC