AVRO-2024-ün III turu çərçivəsində keçirilən Gürcüstan - Portuqaliya oyununun (2:0) ən yaxşısı müəyyənləşib.
Presssport.az xəbər verir ki, Gürcüstan millisinin hücumçusu Xviça Kvaratsxeliya matçın ən yaxşı oyunçusu adına layiq görülüb.
Xviça matçın 2-ci dəqiqəsində hesabı açmaqla qələbələrində böyük pay sahibi olub.
Yekunda Gürcüstan millisi tarixində ilk dəfə qatıldığı Avropa çempionatında ən yaxşı 1/8 finala yüksəlib.
Bu qrupda keçirilən Çexiya - Türkiyə oyununun da ən yaxşısı müəyyənləşib.
Belə ki, Türkiyə millisinin üzvü Barış Alper Yılmaz matçın ən yaxşı oyunçusu seçilib.
90 dəqiqə oynayan adıçəkilən hücumçu qələbədə böyük pay sahibi olub.
Türklər Çexiya üzərində 2:1 hesablı qələbə qazanmaqla qrup 2-cisi kimi 1/8 finala adlayıb.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC