AVRO-2024-də gürcü bombardir

AVRO-2024-ün bombardirlər siyahısında dəyişiklik olub. 

Presssport.az xəbər verir ki, Portuqaliya millisinin qapısına penaltidən yol tapan Gürcüstan millisinin hücumçusu Georges Mikautadze vurduğu qolların sayını 3-ə çatdırmaqla bombardirlər yarışında liderliyi ələ keçirib. 

23 yaşlı forvard həm də qrup mərhələsinin hər 3 görüşündə qol vurmağı bacaran yeganə futbolçudur. Qollardan 2-si 11 metrlik cərimə zərbəsinə imz aatan Mikutzadzenin  aktivində həmçinin 1 məhsuldar ötürmə də var. 

Bombardilər yarışında 5 futbolçu 2 qolla Mikautadzeni izləyir. Söhbət İvan Şranz (Slovakiya), Kodi Qakpo (Niderland), Razvan Marin (Rumıniya), Niklas Fyullkruq və Jamal Musialadan (hər ikisi Almaniya) gedir. 

Daha 61 futbolçu isə final mərhələsində 1 qol vurub. Həmin 61 futbolçudan 8-i – Mişel Ebişer (İsveçrə), Kriftos Baumqartner (Avstriya), İlkay Gündoğan, Kay Haverts (hər ikisi Almaniya), Kilian Mbappe (Fransa), Fabian Ruiz (İspaniya), Mikola Şaparenko (Ukrayna), Vaut Veqhorst (Niderland) qolla yanaşı, həm də 1 məhsuldar ötürmə müəllifidi. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC