2 boksçumuz Avropa birinciliyində bürünc medalı təmin edib

Azərbaycan millisinin daha iki boksçusu Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən yeniyetmələr arasında Avropa birinciliyində ən azı bürünc medalı təmin edib.

Azərbaycan Boks Federasiyasından Presssport.az-a verilən məlumata görə, yarışın 4-cü günündə Aylin Nəzərova (48 kq) 1/4 finalda Atina Papanikolopu (Yunanıstan) ilə qarşılaşıb.

Döyüş boksçumuzun 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesablı qələbəsi ilə başa çatıb. O, yarımfinalda italiyalı Corciya La Rosa ilə üz-üzə gələcək.

Əminə Tağı (52 kq) da 1/4 final mərhələsini uğurla başa vurub. Milli üzvü Yuliana Tyurnikovaya (Moldova) 5:0 (30:27, 30:25, 30:27, 30:27, 30:26) hesabı ilə qalib gəlib. O, növbəti mübarizəsində rumıniyalı Mariya Semeniçiuçla qarşılaşacaq.

Hər iki boksçumuz yarımfinala yüksəlməklə özləri üçün ən azı bürünc medalı təmin edib.

Onu da bildirək ki, Avropa birinciliyində yarımfinal döyüşləri iyunun 28-də keçiriləcək.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC