Azərbaycanı UEFA Regionlar Kubokunda təmsil edəcək “Şimal”ın ilkin mərhələnin B qrupunda keçirəcəyi oyunlara hakim təyinatları açıqlanıb.
Presssport.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb. UEFA “Football School Bridge” (Gürcüstan) ilə görüşə monteneqrolu, “Qothenburq”la (İsveç) matça isə moldovalı baş hakimi təyin edib.
Qrup mərhələsinin bütün qarşılaşmaları Gürcüstanda təşkil olunacaq.
28 iyun
19:00. “Football School Bridge” – “Şimal”
Baş hakim: Miloş Boşkoviç (Monteneqro).
Baş hakimin köməkçiləri: Nikola Raduloviç (Monteneqro), Benas Kikutis (Litva).
Dördüncü hakim: Robertas Valikonis (Litva).
1 iyul
19:00.“Şimal” – “Qothenburq”
Baş hakim: Dumitri Muntyan (Moldova).
Baş hakimin köməkçiləri: Denis Oala (Moldova), Nikola Raduloviç (Monteneqro).
Dördüncü hakim: Miloş Boşkoviç (Monteneqro).
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC