"Zirə"nin rəqibi Ermənistan klubunun sabiq futbolçusunu transfer etdi

Avropa Liqasının I təsnifat mərhələsində “Zirə”nin rəqibi olan “Şerif” daha bir futbolçunu heyətinə qatıb.

Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Moldova millisinin futbolçusu Vadim Paireli “Milsami”dən transfer olunub.

"Şerif"in yetirməsi olan Pairel vaxtilə Ermənistanın “Noa” klubunda da çıxış edib. O, həm mərkəz hücumçusu kimi, həm də yarımmüdafiənin cinahlarında çıxış edə bilir.

Moldova millisinin bütün yaş qruplarının formasını geyinən Vadim əsas yığmada 5 oyuna çıxıb.

Xatırladaq ki, “Zirə”nin “Şerif”lə ilk matçı iyulun 11-də Tiraspolda, cavab qarşılaşması bundan 1 həftə sonra Bakıda keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC