Cüdoçumuz Avropa çempionu oldu

Bu gün Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatına start verilib.

Presssport.az xəbər verir ki, ilk gündə Azərbaycan cüdoçusu Bahadur Feyzullayev (50 kq) qızıl medala yiyələnib.

O, finalda Ukrayna təmsilçisi Rostislav Kostrikinə qalib gəlib. Eyni çəkidəki Məhəmmədəli Hüsiyev isə bürünc mükafat əldə edib.

Bu gün Nihad Rəhimov (60 kq) və Diana Eldarova (48 kq) da 3-cü yer uğrunda görüşə çıxacaq. Yarış iyunun 30-da başa çatacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC