AFFA U-17 Liqasının qalibləri mükafatlandırılıb

AFFA U-17 Liqasında 2023/2024-cü illər mövsümünün qalibləri mükafatlandırılıb.

Presssport.az xəbər verir ki, mükafatlandırma mərasimi Sumqayıtda yerləşən “Kapital Bank Arena”da təşkil olunub.
Tədbirdə ilk olaraq fərdi nominasiyalar üzrə qaliblər mükafatlarını alıb. Mövsüm ərzində 40 qol vuran “Sumqayıt”ın oyunçusu Toğrul Tapdıqlı ən məhsuldar futbolçuya verilən mükafata sahib olub. “Qarabağ”ın üzvü Hikmət Cəbrayılzadə isə mövsümün ən yaxşı oyunçusu seçilib.
Daha sonra ilk 3 yerin sahibləri medallar və diplomlarla təltif olunub. 88 xalla 3-cü yeri tutan “Neftçi” bürünc, 94 xalla 2-ci yerdə qərarlaşan “Sabah” gümüş medalları əldə edib. 2023/2024-cü illər mövsümündə 97 xal toplayaraq AFFA U-17 Liqasının çempionluğunu qazanan “Sumqayıt” isə qızıl medal və kubokla mükafatlandırılıb.
Mükafatları 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Füzuli Məmmədov, “Sumqayıt”ın Müşahidə Şurasının sədri Elnur Məmmədli və klubun prezidenti Riad Rəfiyev təqdim edib.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC