Azərbaycanın UEFA Regionlar Kubokundakı təmsilçisi “Şimal” bu gün mübarizəyə başlayacaq.
Presssport.az xəbər verir ki, Tural Cəlilovun komandası Gürcüstanın Kutaisi şəhərində təşkil edilən ilkin mərhələnin B qrupunda ilk oyununa çıxacaq. “Şimal” Kutaisi Futbol Akademiyasının meydanında yerli komanda “Football School Bridge” ilə üz-üzə gələcək. Bakı vaxtı ilə saat 19:00-da başlayacaq qarşılaşmanı Monteneqrodanolan baş hakim Miloş Boşkoviç idarə edəcək.
Xatırladaq ki, “Şimal” qrupda 2-ci matçını iyulun 1-də Bakı vaxtı ilə saat 19:00-da İsveçin “Qothenburq” komandasına qarşı keçirəcək.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC