Üzgüçümüz Rusiyadakı beynəlxalq yarışda 2 bürünc medal qazanıb

Azərbaycan üzgüçüsü Süleyman İsmayılzadə Rusiyada keçirilən "Asiya uşaqları" VIII Beynəlxalq İdman Oyunlarında uğurlu çıxış edib.

Üzgüçülük Federasiyasının mətbuat xidmətindən Presssport.az-a verilən məlumata görə, idmançı 1500 metr məsafəyə sərbəst üsulla gümüş, 200 metr məsafəyə batterflay üsulla bürünc medal qazanıb.

Beynəlxalq yarışda ölkəmizi həmçinin Oqtay Hüseynov, Vlastilina Xasyanova və Xumar Mustafayeva təmsil edir.

Onu da bildirək ki, "Asiya uşaqları" VIII Beynəlxalq İdman Oyunlarının üzgüçülük üzrə yarışları iyulun 4-dək davam edəcək.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC