İtaliya millisinin baş məşqçisi Luçano Spaletti AVRO-2024-ün 1/8 finalında İsveçrə yığmasına uduzaraq (0:2) mübarizəni dayandırmaqları barədə danışıb.
Presssport.az xəbər verir ki, italiyalı mütəxəssis məsuliyyəti öz üzərinə götürüb:
“Baş verənlərə görə məsuliyyət daşıyıram. Komandanı mən seçmişəm. Bu, oyunçularla tanış olmağım üçün gedən prosesin bir hissəsidi. Bugünkü oyunumuzdan razı deyiləm. İspaniya ilə matçdan da narazı qalmışdım. Qalan iki oyundan qismən razı qaldım. Gutbolçularımıza istirahət verdim və heyəti dəyişdim. Halbuki, əvvəlki oyunda tempi yüksək saxlamaq üçün kifayət qədər dəyişiklik etmədiyimə görə özümü qınamışdım".
O, 1/4 finala vəsiqə qazana bilmədikləri üçün məyus olduqlarını vurğulayıb: "İspaniya və İsveçrə yığmaları çox yaxşı ötürmə etməyi bacaran komandalardı. Hər ikisinə məğlub olmağımızın əsas səbəbi bu idi. Sürətli futbolçularımız azdr. Müasir futbolda komandalar pressinq etməyi və aqressiv oynamağı sevir. Mübarizəni bu mərhələdə dayandırmaq istəməzdik".
Spaletti oyun azlığından gileylənib: "Digər bütün millilərin baş məşqçiləriturnirə qədər öz komandaları ilə ən az 20 matç keçirib. Mənimsə cəmi 10 oyunluq imkanım oldu. Daim təzyiq altında idik - “qazanmalısan, qalib gəlməlisən”. Ola bilsin ki, komandamı daha yaxından tanımalıyam. Güvəndiyim bir neçə futbolçumuz da zədəli idi”.
Xatırladaq ki, italyanlar son Avropa çempionatının qalibi olmuşdu.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC