Gürcüstan millisinin baş məşqçisi Villi Sanyol AVRO-2024-ün 1/8 finalında İspaniya yığmasına qarşı keçirəcəkləri bugünkü oyunla bağlı fikirlərini bölüşüb.
Presssport.az xəbər verir ki, fransalı mütəxəssis rəqibin güclü tərəflərinndən danışıb:
“Məncə, çətinliklər olmadan böyük uğurlar əldə edə bilməzsiniz. Bu, yolumuzun bir parçasıdı. İspaniya millisini çox yaxşı tanıyırıq. Son 3 ildə onlarla 4 dəfə qarşılaşmışıq. Bu 4 oyunun hamısında uduzmuşuq, amma qarşıdakı matç fərqlidi. İspaniyaya qarşı oynayanda hər mövqedə təhlükə ilə üzləşə bilərsiniz. Bütün futbolçuları çox istedadlıdı və yüksək səviyyəli çempionatlarda oynayır”.
Sanyol yetirmələrinin son 3 həftədə etdiklərinə görə çox xoşbəxtdi olduğunu və xüsusi bir oyuna çıxacaqlarını vurğulayıb: "Məncə, bu görüşü böyük inamla keçirəcəyik. Çünki itirəcək heç nəyimiz yoxdu. Mənim üçün onsuz da AVRO-2024-ün qalibiyik. Təkrar meydanda olacağım və böyük bir stadionda Gürcüstan himnini eşidəcəyim üçün çox xoşbəxtəm".
Qeyd edək ki, İspaniya - Gürcüstan görüşü bu axşam Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC