İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt AVRO-2024-ün 1/8 finalında Slovakiya yığmasına qalib gəldikləri matçı (2:1) şərh edib.
Presssport.az xəbər verir ki, ingiltərəli mütəxəssis hesabda geri düşmələrinə baxmayaraq, qələbəyə sona qədər inandıqlarını vurğulayıb: “Oyunçularımın bu gün göstərdikləri xarakterə görə onlarla çox fəxr edirəm. Meydana çıxan bütün futbolçular öz işini gördü və bu maneəni dəf etməyimizə kömək etdi. Bu oyunçular bu gün olduğu kimi həmişə bir-birini irəli aparır, bir-birlərinə kömək edirdi və bu, nəticə verdi. Sona qədər məndə belə bir hiss var idi ki, matçın nəticəsi müəyyən edilməyib. Və bilirəm ki, indi bu, gülməli səslənir, amma sona qədər inandıq".
Mütəxəssis oyun boyu təzyiq etdiklərini söyləyib: "Oyunun "ölməməsi" ilə bağlı məndə bir hiss yarandı. Bilirəm ki, bu gülünc səslənir. Təzyiq edirdik və araşdırırdıq. Nəhayət, qol vura bildik. Oyunun bitməsinə 15 dəqiqə qalmış Cud Bellinqemin ayaq üstə qalmağı bacarıb-bacarmayacağını düşünürsən. O və Harri Keyn kimi futbolçuları məhz belə anlar üçün meydanda saxlayırsan".
Xatırladaq ki, oyunda hesabı Slovakiya millisi açıb və matçın son saniyələrinə qədər 1:0 öndə olub. İngilislər 90+5-ci dəqiqədə Bellinqemin vurduğu qolla məğlubiyyətdən qaçıb və görüşdə əlavə vaxt oynanılıb. İngilislər əlavə vaxtda Keynlə daha bir qol vuraraq 2:1 hesablı qələbə qazanıb və 1/4 finala yüksəlib.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC