"Şimal” UEFA Regionlar Kubokunda bu gün 2-ci oyununu keçirib.
Presssport.az xəbər verir ki, AFFA Region Liqasının son qalibi Gürcüstanın Kutaisi şəhərində təşkil edilən ilkin mərhələnin B qrupu çərçivəsində İsveçin “Qothenburq” komandası ilə qarşılaşıb.
Kutaisi Futbol Akademiyasının meydançasında baş tutan matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Təmsilçimizin heyətində qolları 44-cü dəqiqədə Kazbek Qafarov və 58-ci dəqiqədə Şahlar Sadiyev vurub.
Beləliklə, 2 oyuna 1 xal toplayan Xüçmaz təmsilçisi turnirdə mübarizəni dayandırıb.
Xatırladaq ki, “Şimal” ilk oyununda Gürcüstanın “Football School Bridge” klubuna 0:5 hesabı ilə məğlub olub.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC