“Şanslarımızdan yetərincə istifadə edə bilmədik. Rəqibin hücumlarının qarşısını ala bilmədik. Bundan başqa, standart vəziyyətlərdə heç də yaxşı müdafiə oluna bilmədik".
Presssport.az xəbər verir ki, bunu Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik Türkiyə yığmasına 1:2 hesabıyla uduzduqları AVRO-2024-ün 1/8 final mərhələsinin oyunundan sonra deyib.
Almaniyalı mütəxəssis oyunboyu əllərinə düşən fürsətlərdən yararlana bilmədiklərini söyləyib: "Bugünkü matç da da daxil olmaqla, turnirdə bütün oyunlarımız çox maraqlı alındı. Hamısı yüksək səviyyədə keçirdik. Hər şey bizim üçün rəvan getmədi. Lakin çox əyləncəli və gərgin oyun izlədik. İnana bilmirəm ki, bu gün evə dönürük. Düşünürdük ki, yolumuza davam edəcəyik. Qarşıda bizi Millətlər Liqasının və dünya çempionatının seçmə mərhələsinin oyunları gözləyir. İndi burdan özümüz üçün ən yaxşıları Millətlər Liqasına, ondan sonra isə dünya çempionatının seçmə mərhələsinə aparmalıyıq".
Ranqnik matçın son saniyələrində Türkiyə millisini fantastik seyvlə qoldan xilas edən Mert Günoku 1966-cı ildə İngiltərə millisi ilə birgə dünya çempionu olmuş qapıçı Qordon Benkslə müqayisə edib: "Bəxtimiz gətirmədi və inanıram ki, əlavə vaxt olsaydı, qalib gələcəkdik. Əlbəttə, hesabı bərabələşdirmək üçün vaxtımız vardı. Lakin qapıda Qordon Benks dayanıbsa, qol vurmaq çətindi".
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC