"Zirə"ylə Avroliqa matçı öncəsi son oyunda 5:0 qalib gəldilər

Avropa Liqasının I təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "Şerif" növbəti yoxlama oyunu keçirib.

Presssport.az xəbər verir ki, Tiraspol təmsilçisi Moldovanın digər yüksək liqa təmsilçisi “Floreşti”yə qalib gəlib - 5:0. 

Bu, zirəlilərlə ilk görüş öncəsi son sınaq matçı olub. “Şerif” bu müddətdə keçirdiyi 4 yoxlama oyununda uduzmayaraq ilk 2-də heç-heçə edib, sonrakı 2-də qalib gəlib.

Xatırladaq ki, “Zirə” ilə “Şerif” arasında ilk oyun iyulun 11-də Tiraspolda keçiriləcək.

Bir həftə sonra isə Bakıda cavab matçı baş tutacaq.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC