"Zirə"nin rəqibinin növbəti transferi Sint-Marten yığmasının üzvü oldu

“Zirə”nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi “Şerif" yeni futbolçu transfer edib.

Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Moldova təmsilçisi İlunqa Patanı heyətinə qatıb.

23 yaşlı niderlandlı müdafiəçi Puerto Riko yaxınlığında, Atlantik okeanında yerləşən Sint-Marten adasında anadan olub.

Pata son mövsümü Niderlandın II Liqası təmsilçisi "Top Oss"da keçirib və meydana çıxdığı 33 oyunda 4 məhsuldar ötürməyə imza atıb. O, ölkəsinin yığmasında 8 oyunda meydana çıxıb və 1 qol vurub.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC