Azərbaycan Avropa Kubokuna 14 cüdoçu ilə yollanır

Azərbaycanın gənc cüdoçuları Çexiyanın paytaxtı Praqada keçiriləcək Avropa Kubokunda iştirak edəcək. 

Presssport.az Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan oğlanlar arasında 6 çəki dərəsində 14 idmançı ilə təmsil olunacaq.

Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov rəhbərlik edəcək.

Avropa çempionatında Xəyal Həsənov, Eltun İmranov, Amin İsmayılov (hamısı 60 kq), Rüfət Aydınov, Mehdi Cəfərov, Eltac Yusifli (hamısı 66 kq), Elnur Qasilov (73 kq), Mamed Əzizbekov, Qadir Hüseynov (hər ikisi 81 kq), Aslan Kotsoyev, Davud Namazlı, İsmayıl Zamanov (hamısı 90 kq), Eldar Əliyev, İlkin Baxşaliyev (hər iksi +100 kq) iştirak edəcək.

İyulun 6-7-də keçiriləcək turnirdə 26 ölkədən 435 idmançı qüvvəsini sınayacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC