Türkiyə səfiri Ahmet Başar Şen Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb.
Presssport.az “Der Spiegel”ə istinadən xəbərinə görə, bu barədə nazirlik rəsmi məlumat yayıb.
Səfirə Türkiyə yığmasının futbolçusu Merih Demiralın Avstriya yığmasıyla matç zamanı bozqurd işarəsi göstərdiyinə dair irad bildirilib. Bu yerdə bildirək ki, insident iyulun 2-də Almaniyada keçirilən AVRO-2024-ün 1/8 final mərhələsində yaşanıb. Bundan sonra Almaniyanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.
“Der Spiegel” onu da yazıb ki, hazırda Almaniyada “Bozqurd” təşkilatının 18 500 nəfərədək üzvü var. Onun fəaliyyəti qadağan edilməsə də, müvafiq qurumların mütəmadi nəzarəti altındadır.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC