UEFA Merih Demiralı "bozqurd"a görə cəzalandırdı

UEFA Türkiyə millisinin müdafiəçisi Merih Demiralı cəzalandırıb. Presssport.az xəbər verir ki, 26 yaşlı futbolçuya 2 oyunluq cəza verilib. 

Bu barədə Almaniyanın məşhur "Bild" nəşri məlumat yayıb. 

Merihin diskvalifikasiya olunmasının səbəbi 1/8 final mərhələsinin Avstriya yığmasıyla oyununda (2:1) vurduğu qoldan sonra "bozqurd" işarəsi göstərməsi olub.

Xatırladaq ki, Türkiyə yığması 1/4 finalda iyulun 6-da Niderlandla üz-üzə gələcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Bugün

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC