Portuqaliyalı futbolçu "Səbail"lə vidalaşdı: "Bu klubda yaranan gözəl xatirələri və dostluqları özümlə aparıram"

“Səbail”dən daha bir futbolçu gedişi olub.

Presssport.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi Pedro Nuno “dənizçilər”lə vidalaşıb.

Pedro şəxsi “İnstagram” profilində bununla bağlı paylaşım edərək, ötən mövsüm “Səbail”in formasını geyinməyin onun üçün böyük şərəf olduğunu vurğulayıb: "Bütün komanda yoldaşlarıma, məşqçilərimə və əməkdaşlara dəstək, fədakarlıq üçün təşəkkür etmək istəyirəm. Bu klubda yaranan gözəl xatirələri və dostluqları özümlə aparıram. Sevgi və sarsılmaz dəstəyə görə azarkeşlərə təşəkkür edirəm. “Səbail”dəki təcrübə unudulmaz oldu. Tezliklə görüşərik”.

Xatırladaq ki. 29 yaşlı Nuno “Səbail”ə keçən yay keçmişdi. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC