Ərdoğan millisinin 1/4 final matçını izləməyə gedəcək: "Kimsə fransızların formasında xoruz var, niyə xoruzlanırsan deyirmi?"

“Kimsə almanların formasında qartal var deyirmi? Fransızların formasında xoruz var, niyə xoruzlanırsan deyirmi?”

Presssport.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ölkə başçısı milli komandanın futbolçusu Merih Dəmiralın UEFA tərəfindən 2 oyunluq cəzalanmasına münasibət bildirib.

Ərdoğan vurğulayıb ki, Merih orda bu görüntü ilə həyəcanını nümayiş etdirib: "İnşallah, bütün məsələ şənbə günüdü (Türkiyənin 1/4 finalda Niderlandla oyunu nəzərdə tutulur - red.) Meydandan qalibiyyətlə ayrılaraq növbəti mərhələyə çıxaq. Fövqəladə bir durum olmasa, matça getmək qərarımızı vermişik".

Xatırladaq ki, Demiral Almaniyada keçirilən AVRO-2024-də Avstriya yığmasına 2:1 hesabı ilə qalib gəldikləri 1/8 final matçında “bozqurd” işarəsi göstərib. 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC