"Neftçi"dən mövsüm bitəndən sonra gedən Miodraq Bojoviçin yeni iş yeri məlum olub.
Presssport.az xəbər verir ki, 56 yaşlı monteneqrolu mütəxəssisyenidən müsəlman ölkəsində - bu dəfə qonşi İranda çalışacaq.
Belə ki, Bojoviç “İstiqlal"ın baş məşqçisi təyin olunub.
Bu barədə Xuzestan təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Lakin yeni çalışdırıcıyla imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.
Xatırladaq ki, Bojoviç 2023/24 mövümünün 2-ci yarısında "Neftçi"ni çalışdıraraq, yekunda çempionatda 5-ci yeri tutub və avrokuboklardan kənarda qalıb.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC