Azərbaycan badmintonu tarixində ilk dəfə Federasiya Kuboku keçirilib

Azərbaycan badmintonu tarixində ilk dəfə airbadminton üzrə Federasiya Kuboku keçirilib.

Presssport.az xəbər verir ki, Dünya Badminton Federasiyası, Gənclər və İdman Nazirliyi və Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə qarışıq-qoşa kateqoriyası üzrə açıq havada airbadminton yarışı təşkil olunub.

Bakı Avropa Oyunları Parkında keçirilən yarışın qalibi Cahid Əlhəsənov-Həcər Nuriyeva tandemi olub. Rəvan Niftəliyev-Nigar Səmədova cütlüyü 2-ci, Teymur Abbasov-Zülfiyyə Abbasova və Əli Gözəlov-Fatimə Həsənzadə dueti isə 3-cü pillədə qərarlaşıb.

5 iyul - Ümumdünya Badminton Gününə həsr olunan Federasiya Kubokunun qalibləri diplom medal və hədiyyələrlə təltif edilib.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC